...

Azərbaycanın şahmat Federasiyası sona çatan ilin fərqlənən şahmatçılarını mükafatlandırıb

Cəmiyyət Materials 25 Dekabr 2007 21:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/ Azərbaycanın Şahmat Federasiyası başa çatmaqda olan ilin fərqlənən idmançılarına pul mükafatları təqdim edib. Trend -in verdiyi xəbərə görə, mövsümə yekun vuran Federasiya prezidenti Elman Rüstəmov mövsümün Azərbaycan şahmatçıları üçün, o cümlədən Kritdə keçirilən Avropa çempionatında bürünc medal qazanan kişilərdən ibarət yığma üçün kifayət qədər uğurlu olduğunu bildirib. "Yarışda ən gənc olan kollektivimizin belə uğur qazanması çox sevindirir. Mənim fikrimcə, bu "bürünc" əhəmiyyətinə görə qızıl və gümüş mükafatlardan geri qalmır"-o bildirib. Rüstəmovun sözlərinə görə, bu il Azərbaycan şahmatçılarının liderləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov FİDE-nin reytinqində öz mövqelərini möhkəmləndiriblər və Olimp-ə hücum etməkdə davam edirlər.

Xəbər lenti

Xəbər lenti