...

Rəqiblərim sevinməsin, maşın bizim qrupun olacaq- "Azəri Star+" iştirakçısı Pərviz Abdullayev

Cəmiyyət Materials 28 Dekabr 2007 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr/müx. TrendLife Şahin Cavadsoy/

İnformasiya dəstəyi verdiyimiz "Azəri Star+"-gənc müğənnilərin mahnı yarışmasındakı qruplaşmalardan xəbər vermişdik. Və vurğulamışdıq ki, üç kişi müğənni aralarında qruplaşma yaradıb. Pərviz Abdullayev, Cavid Qafarov və Elmir Qəhrəmanov üçlüyü bir yerdə mübarizəni davam etdirir. İki yaxın dostunun - Elmirlə Cavidin müsabiqədən ayrılmasını təəssüflə qeyd edən P.Abdullayev, TrendLife verdiyi açıqlamasında, digər rəqiblərinə də sərt ismarıc göndərməyi də yaddan çıxarmadı: "Bilindiyi kimi, müsabiqədə , əsasən, qızlar qalıb. Ancaq mən söz verirəm ki, sonluğa qədər bu yarışmada öz liderlik mövqeyimi qoruyub saxlayacağam. Rəqiblərim sevinməsin, maşın bizim qrupun olacaq. Elmirlə. Cavidlə görüşəndə də deyirəm ki, narahat olmasınlar. Bir də ki, səs məndə, duz məndə. Yəni, rəqibsizəm. Qoy səs göndərən və konturlarını qıymayan tamaşaçılar da qəbul etsinlər ki, "Azəri Star+"un qalibi Pərviz Abdullayev olacaq".

Xəbər lenti

Xəbər lenti