Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir Z.Səfərov / Azərbaycanın atçılıq idmanı üzrə idmançısı Camal Rəhimov yanvarın 23-27- də Nantda (Fransa) keçiriəcək lisenziya turnirinə hazırlıq məşqlərini tamamlayır.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, bu yarışma Pekinə göndərilmək üçün hesablama xalı verəcək. Bu səbəbdən də, idmançımız Fransada uğurla çıxış etməlidir. Əvvəllər olduğu kimi, Camalın məsuliyyətli başlanğıc nəticəsindən çox şey asılı olacaq.
Rəhimov Oyunlar-2008 yarışmasına iddialı namizəddir. İdmançı ora düşsə, Azərbaycan Olimpiadada atçılıq idmanı üzrə proqramda ilk dəfə təmsil olunacaq.