...

Mayestro Ceyhundan yeni layihə - "Haqq oğlu, Heydər oğlu"

Cəmiyyət Materials 28 Fevral 2008 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral /müx. TrendLife Şahin Cavadsoy/ skripkaçı maestro Ceyhun yeni layihə üzərində işləyir. Bu barədə musiqiçi TrendLife-a məlumat verib: " Çox möhtəşəm bir layihəylə məşğuluq. Kəlbəcərli şairimiz Bəhmən Vətənoğlunun, cənab prezident İlham Əliyevin şəninə yazdığı "Haqq oğlu, Heydər oğlu" şeiri təsadüfən əlimə keçdi. Şeir o qədər ürəyimə yatdı ki, ona musiqi bəstələmək qərarına gəldim. Səs imkanları ilə seçilən müğənnilər - İlqar Muradov, Babək Niftəliyev, Bəyimxanım Mirzəyeva,Ülviyyə Tağıyeva və Sevinc Musayevanı layihəyə cəlb etdik. "Haqq oğlu, Heydər oğlu"nda tanınmış musiqiçilər - peşəkar nağara ifaçısı Natiq Şirinov, və tar-kamança ifaçıları Elnur-Elçin cütlüyü də çıxış edirlər. İnşallah.vaxtı çatanda bu haqda daha ətraflı məlumatlar verəcəyəm".

Xəbər lenti

Xəbər lenti