...

Azərbaycanın futzal üzrə yığması DÇ seçmə yarışında çıxışını Ermənistan üzərində qələbəsindən başlayıb

Cəmiyyət Materials 29 Fevral 2008 00:57 (UTC +04:00)
Azərbaycanın futzal üzrə yığması DÇ seçmə yarışında çıxışını Ermənistan üzərində qələbəsindən başlayıb

Azərbaycan, Bakı, 29 fevral / müxbir Trend Z.Səfərov/ Azərbaycanın futzal üzrə yığması Çexiyada dünya çempionatının seçmə yarışının qrupp mərhələsində Ermənistanın yığmasını 9:1 hesabi ilə darmadağın etdi.

Trend xəbər verdiyi kimi, oyunda hesabı Fərcəb Fərəczadə açdı. Lakin, rəqib, Qulambaryanın dəqiq zərbəsi nəticəsində status-kvonu bərabərləşdirdi.

Lakin buraxılmış qol Andrey Yudinin yetirmələrini qəzəbləndirdi və rəqibin qapılarına zərbələri gücləndirdi. Nəticədə, qolları Vitaliy Borisov, Fərcəb Fərəczadə və Rüfət Balakişiyev təkrarladılar və bu komandaya prinsipial rəqib üzərində oyunu qələbə ilə başlamağa imkan verdi.

Qeyd edək ki, yığmamız Çexiya və Finlandiya komandaları ilə oyunlar keçirəcək.

Xəbər lenti

Xəbər lenti