...

Qoy bu sözüm Natəvanı erməni adlandıranlara mesaj olsun-müğənni Röya

Cəmiyyət Materials 3 Mart 2008 20:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart /müx. TrendLife Günel Əhmədova/

Röyanın "W-trio" qrupu ilə birləşməyi həm də ismarıc xarakteri daşıyır. Müğənni bu barədə TrendLife-a danışdı:Artıq "W-trio"nun ilk üzvləri yenidən bir aradadır və bir daha parçalanmağı düşünmürlər. Çünki bizim dağılmağımızdan istifadə edənlər hərəmizin adına bir don geyindirməyə başladılar. İlk oyun Elnarənin başına gəldi. Daha sonra məni hədəf seçdilər. Sonda Natəvan Həbibi seçildi. Əslində, mənim hər iki həmkarımla münasibətim həmişə normal olub, ikisi ilə də telefon bağlantılarım, görüşüm olub. Lakin Elnarə ilə Natəvanın münasibətləri bir ara kəskinləşmişdi. Böyüklərimiz sağ olsun ki, bizi barışdırdılar. Bir-birimizə zəng vurub eyni sözü dedik - "bizi əzməyə çalışırlar. Belə olmaz. Bu qədər susduq, bəsdir". İdeya repertuarını dinlədiyim müğənnilərdən (adını çəkmir) birinin əleyhimizə ifadələr işlətməsindən sonra həllini tapdı. Onun bu hərəkəti əvvəl məni qıcıqlandırsa da, sonradan sevindirdi. Çünki biz birləşməyə qərar vermişdik".

Röyanın əlavəsinə görə, keçmiş qrup üzvlərinin isti münasibətləri o həddə çatıb ki, biri o birindən məsləhət almadan addımını atmır. Ulduz olduqlarını müvəqqəti unudan müğənnilər bu qənaətə gəliblər: "Biz 16 yaşımızdan bir yerdə böyümüşük, dərdimizlə-sevincimiz bir olub. Niyə kimlərinsə sözü ilə biz mehriban düşmənə çevrilməliyik?"

Röyanın əlavəsinə görə, onların pərakəndə düşməsi ona oğru adı, Natəvana isə erməni damğası vurdu: "Özlərinin faktları qala-qala dedilər ki, Röya oğrudu, geyimimizi oğurlayır. Natəvana erməni qızı dedilər. Bizim birləşməyimizin bariz nümunəsini ilk öncə mənim verəcəyim konsert layihəmdə görə biləcəksiniz. Daha sonra birgə klipimiz olacaq".

Xəbər lenti

Xəbər lenti