Azərbaycan, Bakı, 19 mart/ Trend , müxbir İ.Əlizadə/ "Azərbaycan" Nəşriyyatının rəhbərliyi davamlı çap olunmayan, dövrülüyü az olan və əsasən insanlardan pul qoparmaqla məşğul olan 60-a qədər "reket" qəzeti nəşriyyatın binasından çıxarıb. "Nəşriyyatdan çıxarılanları qəzet adlandırmaq olmaz. Biz onlara qarşı mübarizəni davam etdiririk" -deyə çərşənbə günü Trend a açıqlamasında "Azərbaycan" Nəşriyyatının direktoru Ağabəy Əsgərov bildirib.
Azərbaycanda 3000-ə yaxın qəzet və jurnal Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Onlardan yalnız 100-ə yaxını mütəmadi çap olunur.
Əsgərov bildirib ki, "reket" qəzetlərin nəşriyyatın binasında fəaliyyət göstərməsinə imkan verməyəcəklər.