...

Əməkdar artist Fidan Hacıyevanın su çiçəyinə tutulmaq qorxusu var

Cəmiyyət Materials 8 Aprel 2008 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel /müx.TrendLife Safura /

Əməkdar artist Fidan Hacıyevanın başı uşaqlarına qarışdığındın, sənət arxa plana keçib. Bir qızı və bir oğlu olan əməkdar artist uşaqların tez- tez xəstələndiyini dedi:

"Bu yaxınlarda oğlum xəstələnmişdi. Başım ona qarışmışdı. İndi şükürlər olsun ki, o sağalıb. Amma nə olsun, problemlərim azalmır ki, azalmır. İndi də qızım su çiçəyinə tutulub. Deyirlər bu, uşaq xəstəliyidir. Biri yoluxdusa, mütləq yanındakılar da yoluxacaq. Məni oğlumun suçiçəyinə tutulacağı qorxutmur. Mən özüm bu xəstəliyi keçirməmişəm. Qorxuram mən də suçiçəyi keçirəm. Nə hala qalacağımı təsəvvür etmirəm" - deyən əməkdar artist Fidan Hacıyeva bütün ehtiyat vasitələrindən istifadə edir ki, xəstəlik ondan yan keçsin.

Xəbər lenti

Xəbər lenti