...

Mətbuat azadlığı üzrə ATƏT nümayəndəsi Azərbaycan prezidentini həbs edilmiş jurnalistləri əfv etməyə çağırıb

Cəmiyyət Materials 9 Aprel 2008 17:42 (UTC +04:00)
Mətbuat azadlığı üzrə ATƏT nümayəndəsi Azərbaycan prezidentini həbs edilmiş jurnalistləri əfv etməyə çağırıb

Azərbaycan, Bakı, 09 aprel/ " müxbir K.Ramazanova/ Mətbuat azadlığı üzrə ATƏT-in nümayəndəsi Mikloş Haraşti Azərbaycan prezidentini həbs edilmiş jurnalistləri əfv etməyə çağırıb. Bu barədə Haraşti çərşənbə günü Bakıda, mətbuat konfransında məlumat verib.

"Azərbaycanda jurnalistlər təniqi yazılarına görə həbs edilir və peşə fəaliyyətlərinə aid olmayan hərəkətə görə ittiham olunurlar. Hüquq-mühafizə orqanları tərəfindən jurnalistlərə münasibətdə belə hərəkətləri dayandırmaq lazımdır", - ATƏT nümayəndəsi bildirib.

Azərbaycanda üç jurnalist həbsdədir - "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, onun qardaşı, qəzetin əməkdaşı Mirzə Sakit və "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev.

Bundan əlavə, Haraşti Azərbaycan rəhbərliyini qanunvericiliyi təkmilləşdirməyə və jurnalistikaya təzyiqləri dayandırmağa çağırıb.

"Azərbaycanın ümumdünya mətbuatının dəstəyinə ehtiyacı var. Çünki burada söz azadlığı ilə bağlı bir sıra problemlər var", - o bildirib.

Müə

Xəbər lenti

Xəbər lenti