...

Azərbaycanın dövlət orqanları arasında futbol turniri keçiriləcək

Cəmiyyət Materials 12 Aprel 2008 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 aprel/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın ilk müstəqil dövləti olan Xalq Cümhriyyətinin və ilk parlamentin yaradılmasının 90 illik yubleyi ilə bağlı dövlət orqanları arasında futbol turniri keçiriləcək. Şənbə günü Milli Məclisdə futbol turnirinin püşkü atılıb.

Komandalar dörd qrupa bölünüb. A qrupunda Milli Məclis, Maliyyə, Vergilər, Mədəniyyət və Turzim, B qrupunda Ədliyyə, Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar, S qrupunda İqtisadi İnkişaf, Ekologiya və Təbii Sərvətlər, Təhsil, Kənd Təsərrüfatı, D qrupunda isə Daxili İşlər, Prezidentin İcra Aparatı, Gənclər və İdman və Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin əməkdaşlarından ibarət komandalar mübarizə aparacaq.

Oyunlar yaxın günlərdə başlayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti