...

Yeni yaranan ŞHK-nu hələlik "Bakılı oğlanlar" adlandırmaq olmaz

Cəmiyyət Materials 23 Aprel 2008 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /müx. TrendLife Eldar Hüseynzadə/

Bu yaxınlarda yeni yaranan ŞHK-nun keçirdiyi kastinq söz-söhbətə səbəb oldu. Gəzən söhbətlərdə bildirilir ki, komandanın aparıcısı teleaparıcı Həsən Əliyevə həvalə olunub. Bu haqda o, TrendLife-a danışıb. "Mən həmin kastinqdə iştirak edən uşaqlara baxmışam. Hələlik özümün yeni komandasını "Bakinskiy ekspromt"u təqdim etmək istəyirəm. Qeyd edim ki, yeni yaranan komandanı "Bakılı oğlanlar" adlandırmaq olmaz. Çünki bu adı daşımaq böyük məsuliyyət tələb edir. "Bakılı oğlanlar" ilk dəfədən heç kimə məğlub olmayıblar. Digər tərəfədən hesab edirəm ki, komandanı mütləq Soçi festivalına ciddi şəkildə hazırlamaq lazımdır. O vaxta kimi isə uşaqlar bir çox oyunlarda iştirak etməlidirlər ki, səhnəyə alışsınlar. Bizi bu yaxınlarda Həştərxanaya və Qazaxıstana dəvət ediblər. Hətta orada bizim adımız yazılan afişalar da artıq asılıb. ŞHK-na həmçinin maddi dayaq da mütləqdir. Hesab edirəm ki, əgər dediyimiz problemlər aradan qaldırılarsa, onda çox gözəl komandamız olar".

Xəbər lenti

Xəbər lenti