Azərbaycan, Bakı, 14 may /müx. TrendLife Eldar Hüseynzadə/
Bu gün tarix Muzeyində təntənəli abu hava hiss edilir. Səbəb isə YUNESKO-nun baş direktoru Koitiro Masuuronun Azərbaycan Elmlər Akademiyasına fəxri üzv seçilməsidir. TrendLife-ın verdiyi xəbərə görə, tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva, təhsil naziri Misir Mərdənov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov iştirak edib.