Azərbaycan, Bakı, 30 iyun /TrendLife müx. Eldar Hüseynzadə/
İyul ayında Bakıda Caz Mərkəzində gənclərin caz-festivalı keçirilməsi nəzərdə tutulub. "İstərdik ki, gənc ifaçıların festivalını təşkil edək. Festivalı təşkil etməkdə məqsəd yeni istedadları üzə çıxarmaqdır. Bilmək istəyirik ki, bu bir il ərzində gənc ifaçılar qabağa irəliləyib, yoxsa elə olduqları kimi qalıblar",-deyən caz mərkəzinin direktoru Emil İbrahim Məmmədov TrendLife-a bu haqda məlumat verib.
Festivala bütün gənc cazmenlər dəvət olunacaq.