...

Azərbaycan kinosunun 110 illiyinə həsr olunmuş yeni film göstərəcəklər

Cəmiyyət Materials 1 İyul 2008 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyul /TrendLife müx. Eldar Hüseynzadə/

Avqustun 2-si Azərbaycan Kinematoqrafiyasının 110 illiyidir. Həmin gün möhtəşəm bayram təşkil olunacaq və "Qala" filmi nümayiş etdiriləcək. Filmin rejisoru Şamil Nəcəfzadədir. "Qala" filmi dövlət sifarişi ilə lentə alınıb. Bu ilk Azərbaycan filmidir ki, Dolby Surround sistemində yazılıb. Çəklişlər Gədəbəydə aparılıb. Baş rolların birində Rasim Balayev çəkilib.

Xəbər lenti

Xəbər lenti