Azərbaycan, Bakı, 02 iyul /TrendLife müx. Eldar Hüseynzadə/
Azərbaycanlı karikaturaçılar Bayram Hacıyev və Elman Mirzəyevin işləri Fransada bu yaxınlarda başa çatan Beynəlxalq karikatura müsabiqəsinin kataloquna daxil edilib. Müsabiqədə dünyanın 45 ölkəsindən olan rəssamların 2000 işinə baxılıb. Azərbaycanlı karikaturaçılarının işləri ən yaxşı yüzlükdə idi. Karikaturaçılar İttifaqının sədri Bayram Hacıyevin TrendLife-a söylədiyinə görə, bu fakt ona görə sevindiricidir ki, məhz karikaturanın vətəni hesab olunan Fransada bizim karikaturaçıların işləri tanınıb. Məhz burada 1830-cu ildən ilk satirik jurnal nəşr olunub.