...

Azərbaycanın müxalifyönlü qəzetinin əməkdaşını bıçaqlayan şəxs məhkəmədə jurnalistə xəsarət yetirdiyini etiraf edib

Cəmiyyət Materials 3 İyul 2008 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir K.Zərbalıyeva/ "Azadlıq" qəzetinin jurnalistini bıçaqlamaqda ittiham olunan Sergey Strekalin cümə axşamı keçirilən məhkəmə prosesində Aqil Xəlili bıçaqladığını etiraf edib.

Trend -un arayışı: "Azadlıq" qəzetinin müxbiri Xəlil bu il martın 13 - də Ayna Sultanova küçəsi 523-ci məhəllədə yerləşən binalardan birinin yaxınlığında naməlum şəxslər tərəfindən bıçaqlanıb.

Hadisə baş verən gündən Xəlil hadisənin əvvəllər "Zeytun bağı"adlanan sahədə baş vermiş insidentlə və jurnalist fəaliyyəti ilə bağlı olması, iki nəfər şəxs tərəfindən izlənildiyini bildirib. Baş Prokurorluğun yaydığı məlumatda isə? jurnalistin qeyri-ənənəvi cinsi oriyentasiyaya malik şəxslər tərəfindən bıçaqlandığı bəyan edilib.

Belə ki, Xəlilin əvvəllər tanıdığı və onunla intim əlaqədə olmuş Strekalin tərəfindən bıçaqlandığının istintaqla sübuta yetirildiyi qeyd olunub.

Strekalin Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır xəsarət yetirmə (127.1) və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama (234.1) maddələri ilə təqsirli bilinərək həbs olunub.

Strekalin ifadəsində Aqil Xəlillə 2005-ci ildə tanış olduğunu, sonradan şəxsi münasibətlərinin yarandığını və daimi xarakter aldığını deyib.

O bildirib ki, Aqillə aralarındakı münasibətlər 2007-ci ilin sonlarınadək davam edib. Lakin, sonradan Aqillə aralarında soyuqluq və mübahisə yaranıb.

Bu ilin martın 13 - də təsadüfən Ayna Sultanova küçəsində qarşılaşdıqlarını deyən Strekalin aralarında mübahisə yarandığını və Aqil Xəlili mübahisə zəminində bıçaqladığnı bildirib.

Strekalin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama ittihamı üzrə özünü təqsirli bilməyib.

Bakının Nəsimi rayon Məhkəməsində keçirilən prosesə zərərçəkən Aqil Xəlil polis tərəfindən məcburi gətirilib.

Aqil Xəlilin məhkəməyə məcburi gətirilməsi barədə qərar iyulun 1-də keçirilən prosesdə qəbul edilib. Qərarın icrası Nəsimi rayon Polis İdarəsinə tapşırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti