...

Azərbaycanın "İnter" klubunun Çempionlar Liqasındakı oyunundan əvvəl mətbuat konfransı nəzərdə tutulmayıb – klub rəsmisi

Cəmiyyət Materials 28 İyul 2008 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul / Trend , müxbir R.Ergün/ Serbiyanın "Partizan" futbol klubu Azərbaycan çempionu "İnter"lə Çempionlar Liqası çərçivəsində oynamaq üçün Bakıya gəlib. Serbiyalı futbolçular Bakıya dünən gecə saatlarında çatıblar.

"İnter" klubunun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovun Trend -a verdiyi məlumata görə, "Partizan" klubu bu gün saat 19.00-da Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq. Serbiya komandasının məşqi bir saat davam edəcək.

Bakı klubunun bu gün keçirəcəyi məşq isə saat 20.00-da T.Bəhramov adına Respublika stadionunda başlayacaq.

"İnter"lə "Partizan" arasındakı oyun sabah saat 19.00-da T.Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Mətbuat xidməti rəhbərinin məlumatına görə, oyundan əvvəl klubların baş məşqçilərinin mətbuat konfransının keçirilməsi nəzərdə tutulmayıb.

"İnter" klubu Çempionlar Liqasının birinci mərhələsində Makedoniyanın "Rabotniçki" komandası ilə görüşərək, hər iki oyunu heç-heçə (0:0, 1:1) başa vurub.

Xəbər lenti

Xəbər lenti