...

"Üzeyir dünyası" layihəsi onun irsi qarşısında bizim vətəndaş borcumuzdur - Heydər Əliyev Fondunun prezidenti

Cəmiyyət Materials 17 Sentyabr 2008 20:15 (UTC +04:00)
"Üzeyir dünyası" layihəsi onun irsi qarşısında bizim vətəndaş borcumuzdur - Heydər Əliyev Fondunun prezidenti

Azərbaycan, Bakı, 17 sentyabr/ Trend , müxbir R.Novruzov/ Heydər Əliyev Fondu iki yeni layihənin ї їÜzeyir dünyasıї və їMuğam ensiklopediyasıї layihələrinin təqdimatını keçirib.

їÜzeyir Hacıbəyov misilsiz əsərlər yaradaraq muğama ikinci həyat veribї, - deyə çərşənbə günü Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO - nun Xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fondun yeni layihələrinin təqdimatında bildirib.

Əliyevanın sözlərinə görə, Hacıbəyov muğamın əsasında opera kimi bir möcüzə yaradıb və bununla Azərbaycanın milli musiqisini bütün dünyaya tanıdıb.

Şərqdə opera sənətinin banisi olan Hacıbəyov, həmçinin, öz dövrünün maarifçisi, publisisti və pedaqoqu olub,- Mehriban Əliyeva bildirib.

Bu il YUNESKO Azərbaycanın opera sənətinin incisi olan və Hacıbəyovun yazdığı їLeyli və Məcnunї operasının yüz illiyini qeyd edib.

їÜzeyir dünyasıї layihəsi onun irsi qarşısında bizim vətəndaş borcumuzdur,- deyə Azərbaycanın birinci xanım bildirib.

Heydər Əliyev Fondunun daha bir layihəsi їMuğam ensiklopediyasıї dır. Bu ensiklopediyaya 20 - ci əsrin görkəmli ustalarının ifasında Azərbaycan muğamları daxil edilib.

Təqdimata Azərbaycanın məşhur incəsənət və mədəniyyət ustaları dəvət olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti