...

Azərbaycanın Saatlı rayonunda modul tipli sutəmizləyici qurğu istifadəyə verilib

Cəmiyyət Materials 24 Sentyabr 2008 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Saatlı rayonunun Qıraqlı kəndində bu gün müasir texnologiya əsasında İtaliya, ABŞ, Almaniya və Belçika istehsalı olan avadanlıqlarla təchiz olunmuş növbəti sutəmizləyici qurğunun açılış mərasimi keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend -a verilən məlumata əsasən, bu gündən etibarən kəndin 3357 nəfər əhalisi 14 bulaq vasitəsilə gün ərzində 70 m3 sutəmizləmə gücünə malik modul tipli qurğuda təmizlənmiş içməli sudan istifadə edəcək.

Trend -un arayışı: Azərbaycan prezidentinin 2007-ci il 20 iyun tarixli "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" Sərəncamında Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi nəzərdə tutulub. Sərəncamın icrası nəticəsində keyfiyyətli su imkanları məhdud olan 100 kənddə modul tipli sutəmizləyici qurğuların quraşdırılması hesabına 163 min kənd əhalisinə verilən suyun Ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun təmizlənməsi nəzərdə tutulur. Hazırda daha 12 rayonun 50 yaşayış məntəqəsinin keyfiyyətli su ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Prezidentin Sərəncamının icrası istiqamətində 2007-ci ildə Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarının içməli sudan əziyyət çəkən 50 yaşayış məntəqəsinin 55 mindən çox əhalisi təmiz içməli su ilə təmin olunub.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti