...

AFFA Bakının "İnter" klubundan "Şəfa" stadionunun süni örtüyünü dəyişməyi tələb edib

Cəmiyyət Materials 27 Oktyabr 2008 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Bakının "İnter" klubundan ev oyunlarını keçirdiyi "Şəfa" stadionunun süni örtüklü meydançasını dəyişməyi tələb edib. Bu barədə bazar ertəsi AFFA-da keçirilən mətbuat konfransında assosiasiyanın baş katibi Elxan Məmmədov məlumat verib.

Trend -un arayışı: Azərbaycan Premyer-Liqasının oyunlarının keçirildiyi bəzi stadionların meydançaları süni örtüklüdür. Süni örtüyün aşağı dərəcəli olması FİFA-nın və UEFA-nın rəsmi oyunlarının bu stadionlarda keçirilməsinə mane olur.

Baş katib bildirib ki, AFFA rəhbərliyi "İnter" klubundan "Şəfa" stadionunun meydançasının süni örtüyünün daha yüksək səviyyəli örtüklə dəyişdirilməsini tələb edib.

Mətbuat konfransında iştirak edən AFFA-nın vitse-prezidenti Rauf Əliyev isə deyib ki, o, rayonlardakı stadionların meydançalarının süni örtükdən olmasının əleyhinədir.

Bir müddət əvvəl Zaqatalada istifadəyə verilən stadionunun meydançasıda süni örtüklüdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti