...

BMT yanında Dini Məşvərət Şurası dünyadakı hadisələrə müsbət təsir edəcək - şeyxülislam

Cəmiyyət Materials 12 Noyabr 2008 16:06 (UTC +04:00)
BMT yanında Dini Məşvərət Şurası dünyadakı hadisələrə müsbət təsir edəcək - şeyxülislam

Russiya, Moskva, 12 noyabr / Trend , müxbir R.Ağayev/ "BMT yanında Dini Məşvərət Şurası dünyadakı hadisələrə müsbət təsir edəcək". Çərşənbə günü dini liderlərin Moskvada keçirilən görüşündə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə belə deyib.

Paşazadənin sözlərinə görə, DMŞ müxtəlif etnik qarşıdurmaların həllinə yardım göstərə bilər.

"Beynəlxalq mübahisələrin ədalətli həllinə yalnız dinc vasitələrlə nail olmaq mümkündür", - o bildirib.

Şeyxülislamın sözlərinə görə, sülhə nail olmaq -- BMT yanında dini xadimlərin prioritet əməkdaşlıq sahəsidir.

"DMŞ dünya liderlərinin daxil olacağı daimi orqana çevrilə bilər. Biz gələn il sentyabrın 30 - dan oktyabrın 2 - dək Bakıda dini liderlərin sammitinin keçirilməsini səbrsizliklə gözləyirik", - Paşazadə söyləyib.

Görüşdə xarici kilsələrlə əlaqə şöbəsinin sədri, Smolensk və Kalininqrad mitropoliti Kirill, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, Rusiya Müqəddəs Taxt-Tacının arxiyepiskopu Antonio Menini, İsrailin Baş ravvini Yona Metsqer, "Vicdanın çağırışı" Amerika Dini Fondunun sədri Budimir Lonçar və Ümumdünya İslam Liqası Baş katibinin şəxsi nümayəndəsi Məhəmməd Həyat iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti