...

Azərbaycanlı futbolçunun çıxış etdiyi Türkiyə klubu ardıcıl üçüncü qələbəsini qazanıb

Cəmiyyət Materials 17 Noyabr 2008 11:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbolçu İlqar Qurbanovun çıxış etdiyi Türkiyənin "Boluspor" klubu ardıcıl üçüncü qələbəsini qazanıb.

Qurbanovun zədəsinə görə iştirak etmədiyi oyunda "Boluspor" "Adanaspor"u 2:0 hesabı ilə məğlub edib.

Türkiyənin birinci liqasında çıxış edən "Boluspor" "Adanaspor"la 12-ci turun oyunundan sonra əvvəlki - 9-cu pillədə qalıb. Hazırda "Boluspor"un hesabında 17 xal var.

"Boluspor"un əvvəlki iki turda keçirdiyi oyunlarda komandaya qələbə qazandıran qolları Qurbanov vurub.

Azərbaycan yığma komandasının da üzvü olan Qurbanov əvvəllər Türkiyənin "Fənərbaxça" və "Sivasspor" klublarında çıxış edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti