...

Azərbaycan rejissoru Ülviyyə Könül Avropa Şurası üçün film çəkir

Cəmiyyət Materials 4 Dekabr 2008 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 dekabr/ Trend Life , müxbir Eldar Hüseynzadə/ Rejissor Ülviyyə Könül Avropa Şurası və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi üçün İslam dünyası və Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin dekabrın 2-3-də Bakıda keçirilən ikigünlük "Mədəniyyətlərarası dialoq: Avropa və onun qonşu regionlarında sülhün və davamlı inkişafın əsasıdır" konfransına həsr olunmuş film çəkir.

"Biz plenar iclaslardan tutmuş qeyri-rəsmi şam yeməklərinə, həmçinin qonaqlarla çoxsaylı müsahibələrə kimi hər şeyi sənədləşdirmişik",- deyə Könül Trend Life-a bildirib.

Onun sözlərinə görə, hardasa 10-15 dəqiqəlik material çəkilib. "Bu snədli film mənim yaradıcılıq arxivimə böyük töhfədir", - deyə Könül bildirib.

Film yanvaradək hazır olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti