...

Rusiya azərbaycanlıları qayıtmağa hazırlaşmırlar

Cəmiyyət Materials 7 Yanvar 2009 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 yanvar/ Tren müxbir E.Rüstəmov / Rusiyada işləyən azərbaycanlılar iqtisadi böhrana baxmaaraq, vətənlərinə qayıtmağa hazırlaşmırlar.

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva regional şöbəsinin rəhbəri İlqar Hacıyevin çərşənbə günü telefonla Moskvadan Trend - a bildirdiyinə görə, iqtisadi böhranla bağlı olaraq, Rusiyadan azərbaycanlıların vətənə güclü axını gözlənilmir.

"İqtisadi böhran Rusiyada yaşayan azərbaycanlıların vəziyyətinə güclü təsir göstərməyib, ola bilsin ki, bu, daha sonra baş verəcək. Böhran daha çox qiymətli kağızlarla məşğul olan və buna v?sait yatıran şəxslərə təsir göstərib. Lakin xırda ticarətlə məşğul olanlar öz fəaliyyətlərini davam etdirirlər və böhran hələ ki, onlara təsir göstərməyib", - deyə Hacıyev bildirib.

ÜAK-?n Moskva regional şöbəsinin rəhbəri bildirib ki, Rusiyadan Azərbaycana pul köçürmələrind? d? hər hansı problem yoxdur.

Hacıyev hesab edir ki, bu il ciddi dəyişikliklər olmayacaq. Onun sözlərinə görə, Rusiya və Moskva şəhəri rəhbərliyi təşvişin yaranmaması və xüsusən də xalqın böhranı hiss etməməsi üçün əlindən gələni edir.

Miqrasiya - Resurs Mərkəzinin direktoru Azər Allahverənov da hesab edir ki, yaxın vaxtlarda azərbaycanlıların vətənə kütləvi qayıdışı gözlənilmir.

"İqtisadi böhran başlayandan sonra, biz Moskvada işləyən azərbaycanlılar arasında sorğu apardıq. Aydın oldu ki, iqtisadi böhran onlara güclü təsir göstərməyib və xırda ticarətlə məşğul olanlar fəaliyyətlərini davam etdirirlər. Ola bilsin ki, bu, müvəqqəti prosesdir və hər şey dəyişə bilər", - deyə Mərkəzin rəhbəri bildirib.

Allahverənov bildirib ki, iqtisadi böhran nəticəsində Rusiyada, əsasən, müəssisələr zərər çəkiblər.

Cari ilin ikinci rübündə iri şirkətlərin işinin və tikintinin dayandırılacağı gözlənilir. Bu halda immiqrantlar da zərər çəkir, çünki tikintidə daha cox gəlmələr işləyir.

Qeyri - rəsmi məlumatlara görə, Rusiyada təqribən 3 milyon azərbaycanlı yaşayır.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti