...

Respublikanın tanınmış fotojurnalistləridən biri vəfat edib

Cəmiyyət Materials 20 Yanvar 2009 18:47 (UTC +04:00)

Respublikanın tanınmış fotojurnalistləridən biri, AzərTAc-ın Fotoinformasiya baş redaksiyasının baş redaktoru Oqtay Aydın oğlu Məmmədov ömrünün 58-ci ilində qəflətən vəfat edib. Bu barədə xəbəri AzərTAc yayıb.


1977-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirən Oqtay Aydınoğlu 1990-cu ildən həyatını Azərinformla -indiki AzərTAc-la bağlayıb. 1998-ci ildən agentliyin Fotoinformasiya baş redaksiyasına rəhbərlik edib. Oqtay Aydınoğlunun fotoları təkcə respublika mətbuatında yayılmırdı. Xarici informasiya agentlikləri də tez-tez ona müraciət edir, müxtəlif mövzularda fotoşəkillər sifariş edirdilər.

Oqtay Aydınoğlu "Əməkdar mədəniyyət işçisi" fəxri adına və "Tərəqqi" medalına layiq görülmüşdü. Bu, onun peşəkarlğına verilən yüksək qiymət idi.

Xəbər lenti

Xəbər lenti