...

Dünya Azərbaycanlıları Konqresi Rusiyada fəaliyyətini gücləndirir

Cəmiyyət Materials 26 Yanvar 2009 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir C.Babayeva/ Dünya Azərbaycanlıları Konqresi (DAK) Rusiyada fəaliyyətini gücləndirmək məqsədilə ümumi proqram qəbul edib. 

Rusiyada səfərdə olan DAK həmsədri Sabir Rüstəmxanlı Rusiyadakı Azərbaycan diaspor təşkilatları ilə görüşlər keçirib və ayrı-ayrı diaspor təşkilatlarının işinin əlaqələndirilməsi və müəyyən təbliğat işlərinin birgə aparılması məsələləri razılaşdırılıb, -  bazar ertəsi DAK-ın yaydığı məlumatda bildirilib.  

DAK-ın Rusiya nümayəndəliyində keçirilən tədbirdə nümayəndəliyin rəhbəri Mirəşrəf Fətiyev, DAK həmsədrlərinin MDB üzrə müavini Abuzər Bağırov və digərləri çıxış edərək Rusiyadakı diaspor təşkilatlarının Azərbaycanla əlaqələri, bu ölkədə yaşayan azərbaycanlıların fəaliyyəti, təhsil problemləri, azərbaycanlıların bu ölkəyə inteqrasiyasındakı çətinliklər barədə danışıblar. Onlar Qarabağ münaqişəsinin Rusiya ictimaiyyətinə və dünyaya çatdırılması, Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı kitabların Rusiyada nəşr edilməsinin vacibliyini bildiriblər.

Görüşdə həmçinin, Türkiyədə ermənilərdən üzr istəmə kampaniyasını təşkil edənlərə və bu aksiyaya qoşulanlara ciddi reaksiya vermək üçün Azərbaycan hökumətindən həmin şəxsləri ölkəyə buraxmamaqla onlara etirazını bildirməsi barədə təklif qəbul edilib.

Trend -un arayışı:  DAK 1997-ci ildə ABŞ-da təsis edilib. Konqresin fəaliyyəti dünya azərbaycanlıları hüquqlarının müdafiəsi və Cənubi Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə istiqamətlənib. DAK-ın Şimali Azərbaycandan sədri Sabir Rüstəmxanlı, Cənubi Azərbaycandan isə Firudin Pərvizniyadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti