...

Azərbaycan Təhsil Nazirliyi ali təhsil müəssisələrinə qəbul imtahanları zamanı attestat qiymətlərinin nəzərə alınmasını müsbət qiymətləndirir

Cəmiyyət Materials 17 Fevral 2009 13:55 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ali təhsil müəssisələrinə qəbul imtahanları zamanı attestat qiymətlərinin nəzərə alınmasını müsbət qiymətləndirir

Azərbaycan, Bakı, 17 fevral/ Trend , müxbir E.Rüstəmov/ Azərbaycan Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının ali məktəblərə qəbul imtahanları zamanı attestat qiymətlərini nəzərə almasını müsbət qiymətləndirir.

Təhsil naziri Misir Mərdanov çərşənbə axşamı jurnalistlərə bildirib ki, attestat qiymətləri nəzərə alınacağı təqdirdə, Azərbaycan ictimaiyyəti gələcəkdə orta təhsil attestatlarındakı qiymətlərə böyük diqqət ayıracaq.

2009-2010-cu təhsil ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinə qəbul qaydalarına bəzi dəyişikliklər edilib. Qəbul planı çərçivəsində iki və ya artıq sayda eyni bal toplamış abituriyentlərin ali təhsil müəssisəsinə qəbulu mümkün olmadıqda, nəzərə alınan göstəricilər sırasına "əsas fənlər üzrə attestat qiymətlərinin cəmi" də daxil edilib.

Mərdanov bildirib ki, orta məktəblərdə oxuyan şagirdlərin biliklərinin qiymətləndirilməsi və attestat verilməsi prosesi nazirliyin ciddi nəzarəti altında olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı-  [email protected]

Xəbər lenti

Xəbər lenti