...

"Linares" superturnirində iştirak edən azərbaycanlı şahmatçı növbəti dəfə heç-heçə edib

Cəmiyyət Materials 25 Fevral 2009 11:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir R.Ergün/ Azərbaycanlı şahmatçı Teymur Rəcəbov İspaniyada təşklil olunan "Linares" superturnirində növbəti dəfə heç-heçə edib. Bu barədə çərşənbə günü Trend -a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat verib.

Rəcəbov Kubanı təmsil edən Lenyer Domingeslə görüşdə xalları yarı bölüb. Bu, azərbaycanlı şahmatçının turnir ərzində sayca üçüncü heç-heçəsi olub.

Hazırda Rəcəbovun hesabında 1,5 xal var.

"Linares" superturnirinin mükafat fondu 314 min avrodur.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti