...

Azərbaycan və İspaniya futbol federasiyaları arasında əməkdaşlıq Madriddə müzakirə olunacaq

Cəmiyyət Materials 2 Mart 2009 11:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 mart / Trend News, müxbir S.Aslanov/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə İspaniya Futbol Federasiyası arasında əməkdaşlığa dair memorandum imzalanacaq, bazar ertəsi Trend -a AFFA-dan məlumat verilib.

Bu məqsədlə AFFA-nın baş katibi Elxan Məmmədov, 17 və 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Bernhard Lippert İspaniyaya səfər ediblər.

Numayəndə heyəti səfər çərçivəsində İspaniya Futbol Federasiyasının prezidenti Anxel Vilyar Lona və baş katib Xorxe Peres Ariasla görüşərək əməkdaşlıqla bağlı müzakirələr aparacaq.

AFFA Almaniya Futbol Təşkilatı ilə əməkdaşlıq memorandumu imzalayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti