...

Məhkəmə Azərbaycan Beynəlxalq Universitetinin rektorunun bacısı oğlunu həbsdən azad edib

Cəmiyyət Materials 14 Aprel 2009 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Beynəlxalq Universitetin (ABU) rektorunun bacısı oğlunu məhkəmə həbsdən azad edib.

Çərşənbə axşamı Bakının Yasamal Rayon Məhkəməsində rektor Elşad Abdullayevin şikayəti əsasında bacısı oğlu Azad Mürsəliyev barəsində başlanmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yasamal Rayon Məhkəməsindən Trend -a verilən məlumata görə, məhkəmə Mürsəliyev barəsində 6 ay 27 gün azadlıqdan məhrumetmə cəzası təyin etsə də, onun həbsdə olduğu müddəti cəza müddətinə hesablayaraq məhkəmə zalından azad edib.

Mürsəliyev və Elşən Baxşəliyev universitet rektorunu, həmçinin ali məktəbin fakültə dekanı Mahmud Əfəndiyevi öldürməklə hədələyərək özlərinin qanunsuz yolla ali məktəbə qəbul olunmasını istəyiblər.

Onlar Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə (182-ci), öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə (134-cü) maddələri ilə ittiham olunaraq, ötən il sentyabrın 17-də həbs olunublar.

Mürsəliyevin ittihamı Cinayət Məcəlləsinin xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə (315.2-ci) maddəsi ilə əvəzlənib.

Baxşəliyev barəsində qaldırılan ittiham sübuta yetirilmədiyindən onun ittihamı Cinayət Məcəlləsinin özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi ilə mühüm ziyan vurmaq (322.1-ci) maddəsi ilə əvəzlənib və o, bu ilin martında həbsdən azad olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti