...

Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Avropa Gimnastika İttifaqının İcraiyyə Komitəsinə üzvlüyə namizəd olacaq

Cəmiyyət Materials 14 May 2009 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may / Trend , müxbir D.İbrahimova /

Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Avropa Gimnastika İttifaqının (UEG) İcraiyyə Komitəsinə üzvlüyə namizəd olacaq. Üzvlük üzrə seçkilər cari ilin noyabrında keçiriləcək. Bu barədə cümə axşamı keçirilən mətbuat konfransında UEG rəhbəri Dimitrios Dimitropoulos bildirib.

Sabah Bakıda bədii gimnastika üzrə 25-ci Avropa Çempionatı start götürür. 

Mətbuat konfransında iştirak edən Altay Həsənov bu təklifi gözləmədiyini bildirib və onun bu postu tutub-tutmayacağına dair fikir söyləməyin hələ tez olduğunu hesab edir.

Xəbər lenti

Xəbər lenti