...

Azərbaycan Premyer Liqasının bəzi oyunlarına qadın hakimlər təyinat alıb

Cəmiyyət Materials 14 May 2009 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may / Trend , müxbir A.Hüseynbala /

Premyer Liqa komandalarının əvəzedici heyətləri arasında keçirilən XVII Azərbaycan Çempionatının növbəti turunun bəzi oyunlarına qadın hakimlər təyinat alıb.

Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən cümə axşamı Trend -a bildiriblər ki, mayın 16-da keçiriləcək "Qəbələ" - "Turan" oyununu hakimlər Əhmədov Tahir, Nəbiyeva Maya, Güvəndiyeva Gülyana, Süleymanov Namiq idarə edəcək.

"Bakı" - "Muğan" oyununa isə hakimlər Yunusov Alik, Qurbanova Səbayel, Məmmədov Elşən, Rəhimov İsmayıl təyinat alıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti