...

"İrəli" yeni miqyaslı sosial layihənin icrasına başlayır

Cəmiyyət Materials 30 May 2009 12:46 (UTC +04:00)
"İrəli" yeni miqyaslı sosial layihənin icrasına başlayır

Azərbaycan, Bakı, 30 may / Trend , müxbir C.Babayeva /

Azərbaycanın "İrəli" İctimai Birliyi iyunun 1-dən bütün ölkə ərazisini əhatə edəcək "İnformasiya texnologiyaları akademiyası" layihəsinin icrasına başlayır.

Təşkilat sədri Ceyhun Osmanlı şənbə günü Trend -a bildirib ki, layihə ildə 50 min adamın kompüter və internetdən istifadəyə cəlb edilməsi üçün nəzərdə tutulub.

Osmanlının sözlərinə görə, təcrübə göstərir ki, ölkənin inkişafı hazırkı zirvəyə ilk növbədə güclü insan kapitalının formalaşdırılması yolu ilə çatıb. "XXI əsrdə əqli insan kapitalının formalaşdırılmasının birinci şərti doğru informasiya təminatıdır. Müasir dünyada isə informasiya ilk növbədə internetlə bağlıdır. Onun sayəsində dünyamız həcmcə dəfələrlə kiçilib", - deyə o bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan Prezidenti ölkədə kompüterləşdirmə və İT-nın inkişafı proqramını yüksək templərlə həyata keçirir. "Bununla belə, bizim monitorinqlər göstərir ki, bir çox yerlərdə təkcə şagirdlər deyil, komputer bilikləri tədrisinə görə cavabdeh olan şəxslər də komputerlərdən kifayət qədər fəal istifadə etmirlər. Nəticədə texnologiyaların sürətlə inkişaf edən əsrimizdə kompüterlər istifadə olunmamış, mənəvi cəhətdən köhnəlir", - deyə Osmanlı bildirib.

"İrəli" bu layihənin köməkliyi ilə bölgə sakinlərini informasiya cəmiyyətinin formalaşdırılması prosesinə cəlb etmək, onlara yerli çərçivədən çıxmaqda və dünyaya inteqrasiya etməkdə kömək etmək niyyətindədir. "İl ərzində 50 min nəfər cəlb etmək çətindir, lakin mümkündür", - deyə təşkilat sədri bildirib.

Bu bütün şəhər və rayonları əhatə edəcək olduqca miqyaslı sosial layihədir, o, təkcə ümumilikdə gənclər üçün deyil, həmçinin ayrıca gənc müəllimlər üçün də nəzərdə tutulub. Hansı ki, əldə etdiklərini öz şagirdlərinə tədris edəcək və bununla da layihə iştirakçılarının sayını artıracaqlar. Bu layihənin tərəfdaşları arasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdaman Nazirliyi, həmçinin HP, Microsoft, Bestcomp, Yumroo şirkətləri var.

"İrəli" artıq öz biliklərini hamıya tədris edəcək müəllimlər, texniki personal və işçi qruplar hazırlayıb. Rayonlara yollanacaq bu işçi qruplar üçün xüsusi avtobuslar ayrılıb. Layihənin ikinci mərhələsində hər bir rayonda kompüter sinifləri yaradılacaq.

"Respublika Prezidenti İlham Əliyev insan kapitalı konsepsiyasını irəli sürüb və bizim "İrəli" İctimai Birliyi müasir təfəkkürlü yeni islahatçı nəsilin formalaşması üçün səy göstərir, məhz onlar dövlət rəhbəri tərəfindən aparılan islahatları dərk edən və real olaraq onlara dəstək verən müasir ölkə vətəndaşını təşkil etməlidir. Biz hesab edirik ki, bu layihə Azərbaycanda mötəbər insan kapitalının yaradılmasına kömək edəcək. Mən əminəm ki, onların arasından elm və texnika sahəsində əldə etdiyi nailiyyətlərlə Vətəni şöhrətləndirəcək gənclər çıxacaq ", -  deyə "İrəli" sədri bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti