...

Azərbaycanın Gənclər və İdman Nazirliyi ölkədə şahmat klubunun yaradılmasının tərəfdarıdır

Cəmiyyət Materials 9 İyun 2009 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Gənclər və İdman Nazirliyi ölkədə şahmat klubunun yaradılmasının tərəfdarıdır.

"Nə üçün Azərbaycanın öz klubu yoxdur? Bəzi ölkələrin öz klubları, liqaları var. İstərdik ki, bizdə də belə olsun. Bu gün bizim şahmatçılar rus, fransız, alman və başqa ölkələrin klublarının şərəfini qoruyur. Niyə onlar Azərbaycanı təmsil etməsinlər", - çərşənbə axşamı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişafı üzrə Dövlət Proqramının təqdimat mərasimində çıxış edərkən deyib.

Nazir bu problemin yaxınlarda həll olunacağına ümid etdiyini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti