...

Azərbaycanın cənubunda külli miqdarda narkotik xassəli bitkilər aşkar edilib

Cəmiyyət Materials 31 İyul 2009 15:58 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən rayonun Mistan kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 1,5 hektar sahədən ümumi çəkisi təxminən 1280 kq olan 4287 ədəd narkotik xassəli xaşxaş bitkisi kolları aşkar edilib.
Azərbaycanın cənubunda külli miqdarda narkotik xassəli bitkilər aşkar edilib

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir C.Babayeva /

Azərbaycanın cənubunda yerləşən Lerik rayonunda (paytaxt Bakıdan 320 kilometr cənubda) narkotik xassəli bitkilər aşkar edilərək məhv edilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən rayonun Mistan kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 1,5 hektar sahədən ümumi çəkisi təxminən 1280 kq olan 4287 ədəd narkotik xassəli xaşxaş bitkisi kolları aşkar edilib. Bu barədə DSX-nin cümə günü yaydığı məlumatında bildirilib.

Məlumata əsasən, aşkar olunmuş kollar Lerik Rayon Polis Şöbəsi əməkdaşları, İcra Hakimiyyəti nümayəndələri, bələdiyyə üzvləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.

Trend -un arayışı: Azərbaycanda 23 254 şəxs narkotik istifadəçisi kimi rəsmi qeydiyyata alınıb. Bu ilin altı ayı ərzində narkotiklərə bağlı cinayət əməllərinə görə 1243 nəfər məsuliyyətə cəlb olunub. Onlardan üçü 18 yaşına qədər, 98-i 18-25 yaş arası, 206-sı 26-29 yaş arası, 936-sı isə 30 yaşdan yuxarı olan şəxslərdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti