Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu NATO baş katibi Andreas Foq Rasmussenlə bu gün birgə keçirdikləri mətbuat konfransında quruma üzv olan ölkələrin PKK terror təşkilatına qarşı təbdirlər görməsinin vacibliyini bildirib.
Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.
"NATO-ya üzv ölkələrdən PKK-ya qarşı tədbirlər görülməsini istəyirik. Türkiyə hər zaman beynəlxalq terrrora qarşı birgə mübarizə aparılmasının tərəfdarı olub", - deyə Davudoğlu bildirib.