...

Yeni zelandiyalılar Azərbaycanın nar şirələri ilə tanış olublar

Cəmiyyət Materials 16 Sentyabr 2009 17:17 (UTC +04:00)
Avstraliya və Okeaniyanın ən tanınmış sərgilərindən olan "Okland qida məhsulları sərgisində" Azərbaycanın nar şirələrindən ibarət guşə təşkil olunub.
Yeni zelandiyalılar Azərbaycanın nar şirələri ilə tanış olublar

Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir C.Babayeva /

Avstraliya və Okeaniyanın ən tanınmış sərgilərindən olan "Okland qida məhsulları sərgisində" Azərbaycanın nar şirələrindən ibarət guşə təşkil olunub.

"Azəri" Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyətinin sədri Qalib Mahmudovun Diasporla İş üzrə Dövlət Komitəsinə verdiyi xəbərə görə, sərgidə Azərbaycanda istehsal olunan "Shirvan's" və "4U" nar şirələri təqdim olunub.

Beş gün davam edən sərgidə minlərlə Yeni Zelandiya vətəndaşı ölkəmizin yüksək keyfiyyətli nar şirələrindən dadmaq, eyni zamanda, Azərbaycanın əsrarəngiz təbiəti və zəngin mətbəxi barədə məlumat almaq imkanı əldə ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti