...

Azərbaycanda vətəndaşların əksəriyyəti məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə nəzarət etməyə maraq göstərmir

Cəmiyyət Materials 28 Sentyabr 2009 11:16 (UTC +04:00)
Fondun mətbuat xidmətindən bazar ertəsi Trend News-a bildiriblər ki, budəfəki sorğu zamanı respondentlərə “İşəgötürən tərəfindən sizin barənizdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə nəzarət edirsinizmi” sualı ünvanlanıb.
Azərbaycanda vətəndaşların əksəriyyəti məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə nəzarət etməyə maraq göstərmir

Azərbaycan, Bakı, 28 sentyabr / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az) keçirilən növbəti interaktiv sorğu başa çatıb.

Fondun mətbuat xidmətindən bazar ertəsi Trend -a bildiriblər ki, budəfəki sorğu zamanı respondentlərə "İşəgötürən tərəfindən sizin barənizdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə nəzarət edirsinizmi" sualı ünvanlanıb.

Hazırda işəgötürən tərəfindən vətəndaşın aldığı əmək haqqının 22%-i miqdarında onun sosial təminatı üçün DSMF-yə məcburi dövlət sosial sığorta haqqı ödənilir, eyni zamanda hər bir vətəndaşın əmək haqqından 3% miqdarında məcburi dövlət sosial sığorta haqqı tutulur. 2006-cı il 01 yanvar tarixindən qüvvəyə minən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, pensiyalar fərdi uçot sisteminin məlumatları əsasında təyin olunur. Bu o deməkdir ki, fərdi uçot sistemi tətbiq olunduqdan sonra təyin edilən pensiyanın miqdarı sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır. Ona görə də işləməyə başlayarkən hər bir vətəndaş aldığı əmək haqqının tam məbləğdə əmək haqqı cədvəlində göstərilməsinə çalışmalı, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır. Bir sözlə, vətəndaşın yaşlı dövrünün maddi təminatının məsuliyyəti tamamilə öz üzərinə düşür.

Sorğunun nəticələrinin təhlili isə göstərir ki, vətəndaşların əksəriyyəti işəgötürən tərəfindən onların gələcək pensiya təminatı ücün məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə nəzarət etməyə maraq göstərmir. Belə ki, sorğuya qatılanların cəmi 33, 2 faizi onlar ücün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə nəzarət etdiklərini bildiriblər. Ümumilikdə 66, 8 faiz isə bunda maraqlı olmadıqlarını nəzərə çatdırıblar. Yəni respondentlərin 48, 4 faizi "İşəgötürən tərəfindən sizin barənizdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə nəzarət edirsinizmi" sualına "xeyr", 18,4 faizi isə "ehtiyac görmürəm" cavabını verib.

DSMF özünün internet saytında ictimaiyyətlə əlaqələri daha da inkişaf etdirmək ücün bu tipli interaktiv sorğular keçirilməsini davam etdirir. Sorğuların keçirilməsində başlıca məqsəd əhalinin sığorta-pensiya islahatları barədə nə dərəcədə məlumatlı olmasını öyrənmək və vətəndaşların daha az informasiyaya malik olduğu sahələr istiqamətində təbliğat işlərini gücləndirməkdir.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti