...

Azərbaycan Ordusunun üç çavuşunu öldürən hərbçinin məhkəməsi başlayıb

Cəmiyyət Materials 2 Oktyabr 2009 16:55 (UTC +04:00)
Seyfəli poliqonunda üç nəfər öldürüb, iki nəfəri yaralayan Azərbaycan Ordusunun kiçik cavuşunun işi məhkəməyə göndərilib.
Azərbaycan Ordusunun üç çavuşunu öldürən hərbçinin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir H.Bağırov/

Seyfəli poliqonunda üç nəfər öldürüb, iki nəfəri yaralayan Azərbaycan Ordusunun kiçik cavuşunun işi məhkəməyə göndərilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədən cümə günü Trend -a verilən məlumata görə, cinayət işi hakim Mürsəl Əliyevin icraatına verilib, məhkəmə baxışı oktyabrın 9-na təyin edilib.

Bu il mayın 23-də Şəmkir rayonun Seyfəli poliqonunda keçirilən təlim zamanı Azərbaycan Ordusunun kiçik çavuşu Orxan Səfərov avtomat silahdan açdığı atəş nəticəsində hərbi hissənin çavuşları Mustafa Seyfəlov, Taleh Hidayətov və Nəriman Əsgərxanov ölüb, əsgərlər Ravil Ataşov və Şəhriyar Həsənov yaralanıb.

İstintaqa ilkin ifadə verən Orxan Səfərov hadisəni ona qarşı edilən təhqiramiz hərəkətlərə görə törətdiyini deyib. Səfərovun sözlərinə görə, çavuş Mustafa Seyfəlov mayın 22-dən 23-ə keçən gecə o yatarkən üzərində təhqiramiz hərəkətlər edib. Əsgərlər qarşısında təhqir olunduğuna dözməyən Səfərov mayın 23-də məlum hadisəni törədib.

Səfərov Cinayət Məcəlləsinin iki və daha çox şəxsi öldürmə (120.2.7) və iki və daha çox şəxsi öldürməyə cəhd (29,120.2.7) maddələri ilə ittiham olunur.

Səfərov ötən il Ağcabədi rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti