...

Dünyada müsəlman qadını haqqında yanlış fikir formalaşıb - Azərbaycanın Dövlət Komitəsinin sədri

Cəmiyyət Materials 14 Oktyabr 2009 11:35 (UTC +04:00)
"Dünyada müsəlman qadını haqqında yanlış fikir formalaşıb. Müsəlman qadını dünyda hüquqsuz, terrorist qadın kimi qəbul edilir. Dünyada müsəlman qadını haqqında yanlış streotiplər var", - Trend News-un məlumatına görə, çərşənbə günü jurnalistlərə Komitənin sədri Hicran Hüseynova deyib.
Dünyada müsəlman qadını haqqında yanlış fikir formalaşıb - Azərbaycanın Dövlət Komitəsinin sədri

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir K.Zərbalıyevə/

Azərbaycanın Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri hesab edir ki, dünyada müsəlman qadını haqqında yanlış streotiplər var.

"Dünyada müsəlman qadını haqqında yanlış fikir formalaşıb. Müsəlman qadını dünyda hüquqsuz, terrorist qadın kimi qəbul edilir. Dünyada müsəlman qadını haqqında yanlış streotiplər var", - Trend -un məlumatına görə, çərşənbə günü jurnalistlərə Komitənin sədri Hicran Hüseynova deyib.

Bu gün Bakıda "İslam dünyasında qadın: ənənəvi dəyərlər və müasirlik" mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Türkiyə, Qətər, İordaniyanın qadın problemləri ilə məşğul olan qurumları iştirak edib.

Hüseynova deyib ki, konfransın məqsədi islamda qadına verilən yüksək qiyməti, qadının cəmiyyətdə rolunu göstərmək və müsəlman qadını haqqında formalaşmış yanlış fikirləri aradan qaldırmaqdır.

"Müsəlman ölkələrində daha çox erkən nikahlar və məişət zorakılığı problemləri var. Bu, qərb ölkələrində də var. Bu problemlərin həlli yollarını tapmağa çalışacağıq", - Hüseynova əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti