...

İran məhkəməsi İranda həbsdə olan azərbaycanlı alimin azadlığa buraxılması üçün girov haqda sənədləri qəbul etməyib

Cəmiyyət Materials 13 Noyabr 2009 13:11 (UTC +04:00)
İran məhkəməsi İranda həbsdə olan azərbaycanlı alimin azadlığa buraxılması üçün girov haqda sənədləri qəbul etməyib.
İran məhkəməsi İranda həbsdə olan azərbaycanlı alimin azadlığa buraxılması üçün girov haqda sənədləri qəbul etməyib

Azərbaycan, Bakı, 13 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

"Sazan Electronics Industry Company" şirkətinin rəhbəri tərəfindən İranda həbsdə olan azərbaycanlı alimin girov müqabilində zaminə buraxılması təklifi üzrə sənədləri İran məhkəməsi qəbul etməyib.

Alimin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Soltanhəmid Məlikov cümə günü Trend -a bildirib ki, Rəşid Əliyevin girov müqabilində zaminə buraxılması haqda sənədlər "Sazan Electronics Industry Company" şirkətinin rəhbəri Abbas Eftixari tərəfindən təqdim olunsa da, İran məhkəməsi şirkətinin girov haqda sənədlərini qəbul etməyib.

Məlikov əlavə edib ki, İran tərəfi sənədlərin nə üçün qəbul edilmədiyinə dair heç bir əsas göstərməyib.

Müdafiə Komitəsi sədrinin sözlərinə görə, "Sazan Electronics Industry Company" şirkətinin rəhbəri Abbas İftixari ötən gün Əliyevin ailəsi ilə telefon əlaqəsi yaradıb və bu barədə ailəsinə məlumat verib.

Cinayət işinin istintaqını aparan müstəntiq 100 min dollar məbləğində girov müqabilində Əliyevin zaminə buraxılması imkanının olduğunu bildirmişdi.

Məlikov əlavə edib ki, Azərbaycanın İrandakı səfirliyinin nümayəndələrinin gələn həftə İran rəsmiləri ilə görüşü olacaq və bu məsələ müzakirə olunacaq.

Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Bioloji sistemlər fizikası laboratoriyasının aparıcı fizik-mühəndisi Əliyev İranın "Sazan Elektronics Industry Company" şirkətinin dəvəti və BDU-nun razılığı əsasında başlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində 2006-2008-ci illərdə həmin şirkətdə çalışıb. Şirkətin rəhbərliyi azərbaycanlı alimə İranda daimi qalıb işləməsini dəfələrlə təklif etsə də, o, bu təklifləri qəbul etməyib və respublikaya qayıdıb. Şirkətin direktoru Eftexarinin təkidli xahişindən sonra Əliyev sonuncu dəfə ötən il oktyabrın 5-də qısa müddətə İrana qayıdıb. Oktyabrın 6-da isə onu viza problemini bəhanə gətirərək həbs ediblər.

İranın "Sazan Elektronics Industry Company" şirkətinin rəhbəri Eftexari öncə Trend -a bildirib ki, Əliyevin həbsinin həmin şirkətlə Bakı Dövlət Universiteti arasında bağlanmış müqavilə ilə heç bir əlaqəsi yoxdur.

"Onu milli təhlükəsizlik məsələsi ilə bağlı həbs ediblər. Daha açıq desəm, casusluq məsələsinə görə həbs olunub", - deyə Eftexari bildirib.
Azərbaycan Ədliyyə Nazirliyi İranda həbs edilən azərbaycanlı lazer mütəxəssisinin işi ilə bağlı bu ölkənin müvafiq qurumuna sorğu göndərib.

Əliyev hazırda Evin həbsxanasında beşinci korpusda saxlanılır.

Əliyev 38 yaşında BDU-da elmi fəaliyyətini müvəqqəti dayandıraraq könüllü hərbi xidmətə gedib. 1999-cu ilədək N saylı xüsusi təyinatlı hissədə rabitə sistemi qurub, xüsusi təyinatlı lazer texnikasının hərbi hissədə sınaqlarının təşkili və keçirilməsində yaxından iştirak edib. Sərhəd Qoşunlarının "Keşikçi gəmisi", Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Tədqiqat gəmisi", "Balıq mühafizə gəmisi"nin əsaslı təmirinə cəlb olunub.

İranın Azərbaycandakı səfirliyi də məlum məsələ ilə bağlı açıqlama vermir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti