...

Azərbaycan məhkəməsi qəsdən adam öldürməkdə ittiham olunan Rusiya vətəndaşı barəsindəki cinayət işinə xitam verib

Cəmiyyət Materials 19 Noyabr 2009 16:43 (UTC +04:00)
Trend News-un məlumatına görə, cümə axşamı Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə Rusiya vətəndaşı İqor Bajilevski və Anar Nuriyevin barəsindəki cinayət işinin yenidən araşdırılması üçün Bakının Xətai rayon prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib.
Azərbaycan məhkəməsi qəsdən adam öldürməkdə ittiham olunan Rusiya vətəndaşı barəsindəki cinayət işinə xitam verib

Azərbaycan, Bakı, 19 noyabr / Trend , muxbir H.Bağırov/

Azərbaycan məhkəməsi qəsdən adam öldürməkdə ittiham olunan Rusiya vətəndaşı barəsindəki cinayət işinə xitam verib.

Trend -un məlumatına görə, cümə axşamı Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə Rusiya vətəndaşı İqor Bajilevski və Anar Nuriyevin barəsindəki cinayət işinin yenidən araşdırılması üçün Bakının Xətai rayon prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib.

Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmü ilə Bajilevskiyə 15 il, Nuriyevə isə 13 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.

Apelyasiya protesti və şikayəti əsasında hökm ləğv olunaraq yenidən baxılması üçün məhkəməyə göndərilmişdi.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddələri ilə ittiham olunurlar.

Ötən il dekabrın 18-də Sabunçu rayonu ərazisində meyiti aşkarlanmış Aleksandr Nikolayeviç Qolikovun İqor Bajilevski tərəfindən qətlə yetirildiyi müəyyənləşdirilib.

İstintaqla Bajilevskinin Qolikovu qətlə yetirməmişdən bir gün əvvəl Xətai rayonunda kirayə qaldığı evin sahibi Rafiq Azər oğlu Əliyevi də çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirdiyi müəyyən edilib. Hadisənin iki nəfər tərəfindən törədildiyi müəyyən olunub.

Bajilevski qətli Sabunçu rayon sakini Anar Ruslan oğlu Nuriyevlə birgə törətdiyini etiraf edib.

İqorun ifadəsi əsasında Nuriyev də məsuliyyətə cəlb edilib. Hər iki hadisə pul üstündə törədilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti