...

İranda A/H1N1 virusundan ölənlərin sayı 140 nəfərə çatıb

Cəmiyyət Materials 25 Noyabr 2009 13:34 (UTC +04:00)
İranın infeksion xəstəliklərlə mübarizə komitəsinin üzvi Məsud Mərdani İranda "donuz qripi"ndən ölənlərin son sayını açıqlayıb."Ötən həftə A/H1N1 virusu 40 İran vətəndaşının həyatına son qoyub. Bununla da İranda ölüm faktlarının sayı 140-a çatıb", - Mərdani deyib.
İranda A/H1N1 virusundan ölənlərin sayı 140 nəfərə çatıb

İranın infeksion xəstəliklərlə mübarizə komitəsinin üzvi Məsud Mərdani İranda "donuz qripi"ndən ölənlərin son sayını açıqlayıb."Ötən həftə A/H1N1 virusu 40 İran vətəndaşının həyatına son qoyub. Bununla da İranda ölüm faktlarının sayı 140-a çatıb", - Mərdani deyib.

Mərdani əlavə edib ki, ötən həftə virusa yoluxanların sayı 3128 nəfərdən 3672 nəfərə qədər artıb.

İranda "donuz qripi"nə ilk yoluxma faktı iyunun 14-də qeydə alınıb. Virus Tehrana gələn İran əsilli 16 yaşlı amerikalı yeniyetmədə aşkar edilib.

Xəbər lenti

Xəbər lenti