...

Azərbaycan Milli Elmlər Akademiyası və Təbriz Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb

Cəmiyyət Materials 26 Noyabr 2009 14:03 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Təbriz Universiteti arasında təhsil və araşdırma sahəsində əməkdaşlıq sazişi imzalanıb, cümə axşamı Trend News İRNA xəbər agentliyinə istinadən məlumat yayıb.
Azərbaycan Milli Elmlər Akademiyası və Təbriz Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir T.Cəfərov/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Təbriz Universiteti arasında təhsil və araşdırma sahəsində əməkdaşlıq sazişi imzalanıb, cümə axşamı Trend İRNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Sazişdə elmi təcrübə mübadiləsi, müştərək araşdırmaların inkişafı sahəsində əlaqələrin artırılması, elmi mütəxəssislərin hazırlanması, müştərək elmi əməkdaşlıq şurasının yaradılması və mühəndislik, əkinçilik, baytarlıq və humanitar fənlər üzrə doktorluq dərəcəsində tələbələrin qəbulu kimi məsələlər yer alıb.

Məlumata əsasən, sazişi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov və Təbriz Universitetinin rektoru Məhəmmədtəqi Ələvi imzalayıblar.

Sazişə əsasən, AMEA-da təhsil almaq istəyən iranlı tələbələr Təbriz Universitetində sınaqdan keçəndən sonra AMEA-ya təqdim olunacaqlar.

Sazişin icrası məqsədi ilə müştərək komissiya yaradılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti