...

RF-nin Azərbaycandakı səfirliyində gənc jurnalistlərin müsabiqəsinə yekun vurulub (FOTO)

Cəmiyyət Materials 25 Dekabr 2009 18:49 (UTC +04:00)
Bu gün Rusiyanın Azərbaycandakı səfirliyində gənc jurnalistlərin müsabiqəsinə yekun vurulub. Müsabiqənin yekununa əsasən, bir neçə Azərbaycan KİV-in jurnalisti və fotoqrafı, həmçinin Azərbaycanın ali məktəblərinin jurnalistika fakültəsinin tələbələri mükafatlandırılıblar.
RF-nin Azərbaycandakı səfirliyində gənc jurnalistlərin müsabiqəsinə yekun vurulub (FOTO)

Azərbaycan, Bakı, 25 dekabr / Trend , müxbir E.Tariverdiyeva/

Bu gün Rusiyanın Azərbaycandakı səfirliyində gənc jurnalistlərin müsabiqəsinə yekun vurulub. Müsabiqənin yekununa əsasən, bir neçə Azərbaycan KİV-in jurnalisti və fotoqrafı, həmçinin Azərbaycanın ali məktəblərinin jurnalistika fakültəsinin tələbələri mükafatlandırılıblar.

O cümlədən TREND İnformasiya Agentliyinin müxbirinə "Rusiya-Azərbaycan: sülh və stabillik naminə strateji əməkdaşlıq" mövzusunda olan məqaləsinə görə diplom təqdim edilib.

RF-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Rusiya ilə əməkdaşlığa diqqətə görə Azərbaycan mətbuatına öz minnətdarlığını bildirib.

"Mən sizə diqqətinizə, nəzakətinizə, bizim əməkdaşlığımıza göstərdiyiniz marağa və təşəbbüsə görə təşəkkür edirəm", - Doroxin deyib.

Səfirin sözlərinə görə, Azərbaycan mətbuatı Rusiya haqqında çox və müxtəlif cür yazır, təəcübblü deyil ki, bu mətbuatda baş verənlər dünyada bir çox proseslərə təsir edir.

Rusiya səfiri bütün iştirakçıları Yeni il münasibəti ilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti