...

Azərbaycanın Ekologiya Nazirliyi 2009-cu ildə sahilboyu zonada 1371 monitorinq aparıb

Cəmiyyət Materials 18 Yanvar 2010 12:22 (UTC +04:00)
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2009-cu ildə Xəzər dənizinin sahilboyu zonalarında 1371 ekoloji monitorinq aparıb.
Azərbaycanın Ekologiya Nazirliyi 2009-cu ildə sahilboyu zonada 1371 monitorinq aparıb

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2009-cu ildə Xəzər dənizinin sahilboyu zonalarında 1371 ekoloji monitorinq aparıb. Bu barədə nazirliyin məlumatında deyilir.

955 kilometr sahəni əhatə edən monitorinqlər dənizdə fəaliyyət göstərən müəssisələrdə və çimərliklərdə aparılıb. Xəzər dənizində 341 nov (axar) aşkar edilib. Onlardan 310-u qurudan dənizə, 31-i isə müəssisələrdən dəniz hövzəsinə antropogen təsirə malikdir.

Ekologiya Naziriliyi tərəfindən keçən il Pirallahı-Sumqayıt sahilboyu zonasında aparılan işlərdən sonra modul tipli 16 lokal təmizləyici qurğu quraşdırılıb. Qurğular 650 kubmetrlik çirkab sularını təmizləyə bilir.

Bundan əlavə, Bilgəh qəsəbəsində sahilboyu zonada gücü 500 kubmetr, Mərdəkan qəsəbəsində isə gücü 150 kubmetr olan təmizləyici qurğu quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti