Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycanın cəzaçəkmə müəssisələrində latın qrafikalı kitablara ehtiyac var. Bu barədə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin (PX) rəisi Nazim Ələkbərov ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri ilə görüşdə bildirib.
PX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, Ələkbərov bildirib ki, ötən il cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına 20 mindən artıq latın qrafikalı kitab paylanıb.
Nazir müavini İctimai Komitə üzvlərindən bu istiqamətdə fəallığın artırılmasını xahiş edib.
Komitə üzvləri məhkumlara ünvanlı sosial yardımın göstərilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, məhkumlar və işçi personal üçün treninqlərin keçirilməsinin vacibliyini qeyd ediblər.