Аzərbaycan, Bakı,8 may / Trend, Ü.Sadıxova/
Növbəti həftə Bakıda İslam Universitetləri Federasiyasının beşinci konfransı keçiriləcək, konfrans üç gün davam edəcək. Bu barədə İSESCO-nun saytı məlumat verir.
Federasiyanın əsası 1987-ci ildə qoyulub və İSESCO-un ümumi fəaliyyəti çərçivəsində işləyir. Bu barədə İSESCO-un baş katibi Abdül Əziz bin Osman əl- Tuveycri məlumat verib.
Konfrans öz işinə İSESCO-ya üzv ölkələrin nümayəndələrinin iştirakı ilə mayın 12-si Bakıda başlayacaq.
İslam Universitetləri Federasiyasının dördüncü konfransı 2007-ci ildə Küveytdə Küveyt universitetinin rektoru, doktor Abdullah Əl-Fəhidin rəhbərliyi altında keçirilib.
İslam Universitetləri Federasiyasının icraçı komitəsinin 15-ci sessiyası Federasiyanın icraçı şurasının, Tehran İslam Universitetinin rektoru Azad Abdullah Cəsbinin rəhbərliyi altında mayın 10-u Bakıda öz işinə başlayacaq.