...

Azərbaycanda hakimliyə namizədlər üçün yazılı imtahan keçirilir

Cəmiyyət Materials 10 İyul 2010 12:20 (UTC +04:00)
Şənbə günü Azərbaycanda hakimlik vəzifəsinə vakant yerlər üçün yazılı imtahan keçirilir.
Azərbaycanda hakimliyə namizədlər üçün yazılı imtahan keçirilir

Аzərbaycan, Bakı, 10 iyul /Trend, müxbir М.Əliyev/

Şənbə günü Azərbaycanda hakimlik vəzifəsinə vakant yerlər üçün yazılı imtahan keçirilir.

Bakı Texniki Universitetində keçirilən imtahanda səkkizaylıq təlim kursu keçən 80 namizəd iştirak edir.

"İmtahanların nəticələri 10 gündən sonra açıqlanacaq, 60 və daha yuxarı bal toplayan namizədlər növbəti mərhələdə - şifahi imtahanda iştirak etmək hüququ qazanacaqlar", - bu barədə jurnalistlərə Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda inzibati məhkəmələrin yaradılması ilə bağlı hakim vəzifəsinə vakant yerlərin sayı artıb.

İmtahanların gedişatını yerli qeyri-hökumət təşkilatları, mətbuat və 20-dən çox beynəlxalq təşkilat müşahidə edir.

Hər namizədə Məhkəmə Hüquq Şurası tərəfindən hazırlanmış cinayət və vətəndaş hüququ üzrə iki sual verilir.

Namizədlər cinayət işi üzrə hökm, vətəndaş işi üzrə qətnamə ilə bağlı suallara cavab verməlidirlər. Onlara sualları cavablandırmaq üçün dörd saat vaxt verilib.

Xəbər lenti

Xəbər lenti