...

Azərbaycanın basketbol üzrə yığma komandası Rumıniya millisini məğlub edib

Cəmiyyət Materials 17 Avqust 2010 23:08 (UTC +04:00)
Azərbaycanın basketbol üzrə milli yığma komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində avqustun 17-də Rumıniya milli komandasını məğlub etməyi bacarıb. Bu barədə məlumatı Trend-ə Azərbaycan Basketbol Federasiyasından veriblər.
Azərbaycanın basketbol üzrə yığma komandası Rumıniya millisini məğlub edib

Azərbaycan, Bakı, 17 Avqust /Trend/

Azərbaycanın basketbol üzrə milli yığma komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində avqustun 17-də Rumıniya milli komandasını məğlub etməyi bacarıb. Bu barədə məlumatı Trend-ə Azərbaycan Basketbol Federasiyasından veriblər.

Rumıniyanın Timişoara şəhərində Azərbaycanın basketbol üzrə milli yığma komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Rumıniya yığması ilə qarşılaşıb. Oyun gərgin idman mübarizəsi şəraitində keçib. Bütün qarşılaşma boyu inamlı oyun göstərən milli yığmamız rəqibin müqavimətini qıraraq, Rumıniya komandasını  101:86  hesabı ilə acı məğlubiyyətə uğradıb.

Yığmamızda Rasim Başak (28 xal), Çarlz Devis (24 xal) və Fuad Niftaliyev (14 xal) xüsusilə fərqlənmişlər.
 
Avropa çempionatında uğurla çıxış edən milli yığmamız avqustun 18-də Bakı vaxtı ilə saat 19:00-da Vətənə dönəcək.

Komandamızın növbəti oyunu (Azərbaycan - İsveç) avqustun 21-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti